Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu ölkə ilə hərbi əməkdaşlıq mümkün olacaq
Bu ölkə ilə hərbi əməkdaşlıq mümkün olacaq
17 May 2017 / 15:43 / Baxış sayı: 216
Font1 Font2 Font3 Font4

Müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 17-də Yaponiyanın Azərbaycandakı yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Bizimxeber”ə verilən məlumata görə, iki ölkə arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan nazir diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb.

Bakıda fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin inkişafı, xüsusilə hərbi sahədə əlaqələrin yaradılması üçün səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə