Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Şimali Koreya məsələsi ilə bağlı -FÖVQALADƏ İCLAS
Şimali Koreya məsələsi ilə bağlı -FÖVQALADƏ İCLAS
17 May 2017 / 16:26 / Baxış sayı: 104
Font1 Font2 Font3 Font4

BMT Təhlükəsizlik Şurasının üzvləri Şimali Koreyaya münasibətdə qəbul edilən qətnamələri tamamilə yerinə yetirmək üçün bu beynəlxalq qurumun üzvü olan digər ölkələrə müraciət etmək barədə razılığa gəliblər.

NHK telekanalının yaydığı məlumata görə, Təhlükəsizlik Şurasının mayın 16-da keçirilən qapalı fövqəladə iclası 75 dəqiqə davam edib və iclasda Şimali Koreya tərəfindən son ballistik raket buraxılışı məsələsi müzakirə olunub.

Təhlükəsizlik Şurasına sədrlik edən Uruqvayın BMT-dəki daimi nümayəndəsi Elbio Rosselli jurnalistlərə deyib ki, Şura üzvləri Şimali Koreya tərəfindən nüvə və ballistik raket sınaqlarına dözməyəcəklərini bildiriblər. E.Rosselli əlavə edib ki, Təhlükəsizlik Şurası Pxenyanı Koreya yarımadasını nüvəsizləşdirmək istiqamətində addımlar atmağa çağırıb.

İclas zamanı əlavə tədbirlərlə bağlı qəbul edilən qərarlar barədə məlumat verilməyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli iclasdan əvvəl bildirib ki, ölkəsi sanksiyaların gücləndirilməsi barədə məsələni Çin tərəfi ilə müzakirə edir. Onun sözlərinə görə, Çin tərəfi Şimali Koreya qitələrarası ballistik raketlərin yaradılmasına yaxınlaşdığı vaxt cavab tədbirləri görəcəyini bildirib.

ABŞ və Çinin Şimali Koreyaya qarşı sanksiyaları gücləndirmək məqsədilə müzakirələri davam etdirəcəyi gözlənilir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə