Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Güllələnən azərbaycanlı çempion: “Məcbur olub atışdıq”
Güllələnən azərbaycanlı çempion: “Məcbur olub atışdıq”
17 May 2017 / 16:25 / Baxış sayı: 270
Font1 Font2 Font3 Font4

Tanınmış idmançı, kikboksinq üzrə dünya, Uşu üzrə Avropa çempionu Eldar Əlizadə Türkiyənin Kastamonu şəhərində yaralanmasından danışıb.

 

Lent.az-ın məlumatına görə, hazırda reanimasiyada olan idmançı Ölkə.Az-a  bildirib ki, baş verənlər mətbuatda olduğu kimi yazılmayıb:

 

“Deyildiyi kimi hadisə yerində altı yox, dörd nəfər olub. İki nəfər biz, iki nəfər isə qarşı tərəf. Bələdiyyə başkanı Tahsin Babaş orada olmayıb. Mən burada həm təhsil alıram, həm də bələdiyyə başkanının mühafizəçisi olaraq çalışıram. Qarşı tərəfdən də iki nəfər yaralanıb. Mən kürəyimdən bir güllə yarası almışam”.

 

İdmançımız hadisəni belə xatırladığını bildirib:

“Başqan və mühafizəçilər barədə mediada xoşagəlməz məlumatlar paylaşmışdılar. Biz də bildirdik ki, xoşluqla həmin məlumatları çıxarın. Onlar isə üstümüzə silahla gəldilər və biz də məcbur olub atışdıq. Sıxışıq bir yerdə atışma oldu. Atışma zamanı 30 güllə atılıb. Mən silahsız idim. Şükür ki, dinc sakinlərdən yaralanan olmadı”.

Qeyd edək ki, mətbuatda silahlı hücum zamanı bələdiyyə sədri Tahsin Babaşın da hücuma məruz qaldığı bildirilirdi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə