Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Virtual fermasını xilas etmək üçün -ALİMENT ÖDƏDİ
Virtual fermasını xilas etmək üçün -ALİMENT ÖDƏDİ
17 May 2017 / 23:05 / Baxış sayı: 352
Font1 Font2 Font3 Font4

Rusiyada qəribə məhkəmə prosesi keçirilib. Uşağına aliment ödəməkdən imtina edən ata öz virtual fermasını xilas etmək üçün məhkəmənin qərarına dərhal əməl edib.

“Bizimxeber” məlumat verir ki, Novosibirsk vilayətinin sakini səkkiz yaşlı oğluna ödəməli olduğu 54 min rubl məbləğində olan alimenti verməkdən imtina edirdi. Məhkəmədə iştirak edən ata ödəyəcəyi vəsaitin oğluna xərclənməyəcəyini bəhanə edərək məbləği ödəməkdən imtina edib.

Lakin məhkəmə icraçısı bu bəhanəni heç bir hüquqi əsası olmadığı üçün qəbul etməyib. Növbəti addım olaraq atanın əmlakının -iPhone7 markalı telefonunun müsadirəsi olub.

Borclu telefonun ona “hava , su kimi  lazım ” olduğunu bildirib.”Telefonsuz şəxsi həyatım heç ola bilər. Tərəfdaşlarımın zəngləri cavabsız qalar. Virtual fermamda əkdiyim balqabaqları yığmağa gecikə bilərəm”

Lakin mülkiyyətə həbs orderi hər halda imzalanıb. Ata isə tələsik yaxınlıqdakı banka qaçaraq lazım olan məbləği gətirib. Bir müddət sonra işə düzələn atanın sonrakı aylar üçün ödəmə məbləği maaşından avtomatik tutulur.

Ən əsası bostanına qarşı heç bir təhlükə yoxdur.

Jalə
arxiv.bizimxeber.az 



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə