Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Dövlət rəsmisi rütbədən məhrum edildi
Dövlət rəsmisi rütbədən məhrum edildi
02 May 2013 / 13:50 / Baxış sayı: 54
Font1 Font2 Font3 Font4

Şəki Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasında Azərbaycanın Səfərbərlik və Hərbi Xidmətə Çаğırış üzrə Dövlət Xidmətinin Göyçаy rаyon şöbəsinin kаdrlаr və məxfilik rejimi üzrə zаbiti, kapitan Maarif Nəsibovun məhkəməsi başa çatıb.

Trend-in məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılması ilə bağlı Hərbi Prokurorluğun protesti üzrə qərar elan edilib.

Qərara görə protest təmin edilib və Tərtər Hərbi Məhkəməsinin hökmündə dəyişiklik edilib. Məhkəmə Maarif Nəsibovun hərbi rütbədən məhrum edilməsi ilə bağlı qərar qəbul edib. Qərarda, həmçinin qeyd edilib ki, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Maarif Nəsibov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinən və Tərtər Hərbi Məhkəməsinin hökmü ilə 2 il müddətinə məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Maarif Nəsibov vətəndaşın Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 qaynar xəttinə etdiyi şikayətdən sonra saxlanılıb. Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlаhiyyətlərinin) icrаsı ilə əlаqədаr etdiyi hərəkətlərə görə özü üçün birbаşа rüşvət istəyib və аlıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə