Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu ailə İslamiadadan 900 min manat qazandı
Bu ailə İslamiadadan 900 min manat qazandı
17 May 2017 / 23:53 / Baxış sayı: 522
Font1 Font2 Font3 Font4

Azərbaycan yığmasının atıcısı Ruslan Lunyov Bakıda keçrilən IV İslam Həmrəyliyi Oyunlarında 4 qızıl medal qazanıb. Snayperimiz 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma, 25 metrdən tapança ilə mərkəzə atəş açma, eyni məsafədən sürətli atəş açma və standart tapança ilə atəş açma yarışlarında hamıdan yaxşı olub.

“Bizimxeber” fanat.az-a istinadən xəbər verir ki, Ruslan qızıl medallara görə, 600 min manat mükafat qazanıb. Belə ki, prezident İlham Əliyev mayın 11-də İslamiadada uğur qazanmış idmançıların mükafatlandırılması ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncama görə birinci yeri tutanlara 100 min manat mükafat veriləcək. Milli Olimpiya Komitəsi isə qızıl medalçılara 50 min manat verəcək. Beləliklə, hər qızıla görə 150 min manat alacaq Ruslanın qazancı 600 min manat olacaq.

Onun ailəsi isə 300 min manat qazanıb. Belə ki, Ruslanın məşqçiləri öz valideynləridir. Dövlət hər çempionun məşqçisinə 50, MOK 25 min manat mükafat verəcək. Hər “qızıl”ın 75 min manata başa gəldiyini nəzərə alsaq, onlar 300 min əldə edəcəklər.

Beləliklə, Lunyov ailəsi İslamiadadan 900 min manat qazanacaq.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə