Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Polis əməliyyat keçirdi: saxta pul kəsənlər tutuldu – FOTO
Polis əməliyyat keçirdi: saxta pul kəsənlər tutuldu – FOTO
18 May 2017 / 11:06 / Baxış sayı: 1346
Font1 Font2 Font3 Font4

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Əfqan Nağıyev və Şabran rayon sakini Sərxan Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən arxiv.bizimxeber.az-a verilən məlumata görə, onların üzərinə baxış keçirilən zamanı ümumilikdə 4 ədəd 50 manatlıq və 4 ədəd 20 manatlıq saxta əskinaslar, o cümlədən 0,439 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində saxta əskinasları onlara Vüsal adlı şəxsin satmaq məqsədi ilə verdiyini bildiriblər.

Xətai RPİ-nin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə saxta əsginasları hazırlayaraq Ə.Nağıyev və S.Məmmədova verən Yeni Suraxanı qəsəbə sakini əvvəllər məhkum olunmuş Vüsal Cümşüdov da müəyyən edilərək saxlanılıb.

Onun yaşadığı mənzildən saxta pul əsginaslarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar, saxlanılan şəxslərin etiraf etdikləri kimi satışı nəzərdə tutulan külli miqdarda saxta əsginaslar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Dəstə üzvləri saxta pul əskinaslarını paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə realizə etmək məqsədi ilə hazırladıqlarını etiraf ediblər.

Qeyd edilən faktla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə