Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi məsələsinə aydınlıq gətirilib
“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi məsələsinə aydınlıq gətirilib
18 May 2017 / 12:59 / Baxış sayı: 106
Font1 Font2 Font3 Font4

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi ilə bağlı mübahisəli məsələlərə aydınlıq gətirilib.

“Report”un xəbərinə görə, komitə sədri Rafael Hüseynov deyib ki, bəzi kabel şəbəkəsi yayımçıları “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin 13.4-cü maddəsinə iradlarını bildiriblər.

Komitə sədri bu məsələyə aydınlıq gətirib: “Həmin maddədə qeyd olunub ki, xarici ölkələrin teleradio yayımçısı Azərbaycanda fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Kabel şəbəkəsi yayımçıları bildirirlər ki, həmin reklamları çıxarmaq mümkün deyil, yəni, buna texniki imkanları yoxdur. Bu maddəyə dəyişiklik etmək olmaz, çünki bu, qanunun mahiyyətini ortaya qoyur. Kabel şəbəkəsi yayımçıları bunu nəzərə almalıdırlar. Bu həm milli adət-ənənələrə zidd reklamların qarşısını almağa, həm də Azərbaycanın yerli reklam bazarının dirçəldilməsinə xidmət edir”.

O qeyd edib ki, qanun layihəsi ilə bağlı Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənovla da müzakirələr aparılıb: “Hesab edirəm ki, bəzi texniki dəyişikliklər istisna olmaqla, layihə mükəmməl hazırlanıb”.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə