Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

ABŞ-da küçəyə Boris Nemtsovun adı verilə bilər
ABŞ-da küçəyə Boris Nemtsovun adı verilə bilər
18 May 2017 / 13:17 / Baxış sayı: 74
Font1 Font2 Font3 Font4

ABŞ Konqresinin Milli Təhlükəsizlik və Senatın Hökumət İşləri Komitəsi Rusiyanın Vaşinqtondakı səfirliyi qarşısındakı küçənin adının dəyişdirilərək ona 2015-ci ildə qətlə yetirilən rusiyalı müxalifətçi siyasətçi Boris Nemtsovun adının verilməsinə dair qanun layihəsini dəstəkləyib.

“Report” BBC-yə istinadən xəbər verir ki, qanun layihəsinin müəllifi, respublikaçı Mark Rubionun fikrincə, Viskonsin avenyudakı yol kəsişməsində “Boris Nemtsov plaza” adını alacaq və Rusiyanın diplomatik missiyasının ünvanı məhz belə göstəriləcək.

Qanun layihəsi qüvvəyə minməsi üçün ABŞ Konqresi tərəfindən təsdiq edilməli, eləcə də ölkə prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır.

Qeyd edək ki, müxalif siyasətçi Boris Nemtsov 2015-ci il fevralın 27-də gecə saatlarında qətlə yetirilib.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə