Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Lotu Quli”nin həbsxanalara göndərdiyi “oğru məktubu” yayıldı – FOTO
“Lotu Quli”nin həbsxanalara göndərdiyi “oğru məktubu” yayıldı – FOTO
18 May 2017 / 13:42 / Baxış sayı: 10540
Font1 Font2 Font3 Font4
Azərbaycanlı “qanuni oğru”, hazırda 8 saylı cəzaçəkmə müəssisində saxlanılan Nadir Səlifovun (“Lotu Quli”) həbsxanalara göndərdiyi məktub yayılıb.
Rusiya KİV-nin məlumatına görə, “Lotu Quli” və daha bir neçə nəfər “qanuni oğru”nun imza atdığı məktubda “Şarap” ləqəbi ilə tanan Vladislav Qraçın “qanuni oğru” adının bərpasına qərar verilib. Söhbət ondan gedir ki, 2014-cü ilin sentyabrında “taclandırılmış” “Şarap”ın adı mübahisə predmetinə çevrilmişdi. Buna səbəb isə bu günlərdə məhkəməsi başlayacaq “1 nömrəli” kriminal Zaxari Kalaşovun (“Şakro Molodoy”) “qanuni oğru” adı ilə bağlı sərt qaydaları idi. “Şakro” İspaniyadakı cəza müddətini başa vurub Rusiyaya qayıtdıqdan sonra “təmizləmələrə” başlamışdı ki, belə görünür, “Şarap” da onun “qara siyahı”sına düşübmüş.
“Quli” ilə əks düşərgədə olan qruplar uzun müddətdir ki, maraqla gözləyirdilər ki, “Şakro”nun bu qərarına qarşı kim çıxa biləcək, daha doğrusu, “Şarap əsl oğrudur” deyib ortaya çıxacaq. İndi “Quli” bu işi öhdəsinə götürüb və onunla bərabər bir neçə nüfuzlu “qanuni oğru” da məktuba imza atıb.
Qeyd edək ki, “Şarap” “Quli”nin dəstəyi ilə bu “tac” alıbmış. “Şarap” özü də hazırda həbsdədir. (müsavat.com)
arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə