Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bakıda dekan müavini tələbəni məhkəməyə verdi
Bakıda dekan müavini tələbəni məhkəməyə verdi
18 May 2017 / 13:48 / Baxış sayı: 148
Font1 Font2 Font3 Font4
Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib.
 
Bu haqda Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.
O bildirib ki, iş xüsusi ittiham qaydasında bu gün Yasamal rayon Məhkəməsinin hakimi Azər Tağıyev tərəfindən icraata qəbul edilib:
“Hazırda tələbə Cinayət Məcəlləsinin 147.2-ci  (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddələri ilə təqsirləndirilir. Tələbəni 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”.
Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinə müraciət edən dekan müavini müraciətində göstərib ki, Z.Mirağayev ona böhtan atıb, ağır cinayət törətməkdə ittiham edərək təhqir edib. Onun iddia ərizəsinə əsasən, bir müddət öncə KİV-də müvəkkili haqqında bir neçə məqalə dərc olunub. Həmin məqalələrdə dekan müavininin ünvanına təhqiredici ifadələr və böhtan xarakterli məlumatlar əks etdirilib.
Belə ki, 14 fevral 2017-ci ildə mətbuatda N.İsmayılzadə haqqında “BDU-nun İlahiyyat Fakültəsində nələr baş verir – Şikayət var” başlıqlı yazı dərc olunub. Yazıda göstərilib ki, “24 illik tarixi ərzində heç vaxt rüşvət hadisələri ilə gündəmə gəlməmiş İlahiyyat fakültəsi dekan müavini, dosent Nigar İsmayılzadənin “fəaliyyəti” sayəsində gündəmə gəlib”.
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə