Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Facebook” 122 milyon dollar cərimələndi
“Facebook” 122 milyon dollar cərimələndi
18 May 2017 / 15:06 / Baxış sayı: 34
Font1 Font2 Font3 Font4
Avropa İttifaqının inhisarçılığa qarşı tənzimləyici orqanı “Facebook”u 110 milyon avro (122 milyon dollar) məbləğində cərimələyib.  
İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, səbəb 2014-cü ildə “WhatsApp” messencerinin satın alınmasına hazırlıq barədə Avropa Komissiyasına yanlış məlumatın verilməsidir.
Araşdırma zamanı müəyyən edilib ki, “Facebook” satınalma barədə Avropa qurumlarına sorğu verərkən sosial şəbəkə istifadəçilərinin akkauntları ilə “WhatsApp” messencerini avtomatik birləşdirməyəcəyini bildirib. Halbuki 2 il sonra bu birləşməni reallaşdıran xidmət istifadəyə verib. Avropa Komissiyası hesab edir ki, 2014-cü ildə sosial şəbəkə ilə messencerin avtomatik birləşməsini təmin edən texnologiya var idi və “Facebook” rəhbərliyi bunu bilirdi. Komissiya cərimə məbləğini adekvat hesab edib və sosial şəbəkəni bundan sonra sui-istifadə hallarından çəkinməyə çağırıb.
“Facebook” isə bəyan edib ki, 2014-cü ildə Avropa Komissiyasına sənədlərini təqdim edərkən yol verdiyi yanlışlıq bilərəkdən olmayıb.
arxiv.bizimxeber.az


Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə