Rusiya vətəndaşı ömrünün bir hissəsini Filippin türməsində keçirməli olacaq.
Filippinin Dayun şəhərinin polisi yaşıl dəniz tısbağasını öldürməkdə şübhəli bilindiyinə görə 35 yaşlı Rusiya vətəndaşını həbs edib. Yaşıl dəniz tısbağası dövlət tərəfindən qorunur və öldürülməsi qadağandır. Yerli qanunlara görə bu qadağanı pozanları 5 mln filippin pesosu(6 mln rubla yaxın) pul cəriməsi və 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.
Jalə
arxiv.bizimxeber.az
