Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sahibkarlar üçün yeni -FÜRSƏT
Sahibkarlar üçün yeni -FÜRSƏT
19 May 2017 / 10:31 / Baxış sayı: 196
Font1 Font2 Font3 Font4

“The East Invest-2” layihəsi çərçivəsində Azərbaycandan olan biznes təşkilatlarının nümayəndələri treninq keçmək üçün Avropaya səfər edəcəklər. “Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təlimlərdə Azərbaycanla yanaşı Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna nümayəndələri iştirak edəcəklər.

Məlumatda deyilir ki, maliyyə palatalarının üzvləri, federasiyaların, biznes və peşəkar assosiasiyaların əməkdaşları, həmçinin ticarətin asanlaşması və investisiyaların təbliği ilə məşğul olan aktiv təşkilatlar iyunun 15-nə qədər iştirak üçün müraciət edə bilər.

Qeyd edək ki, bu təcrübə proqramı 2016-cı ilin avqustundan başlayıb və Şərq Tərəfdaşlığı (EaP) ölkələrinin 6 üzvü artıq Avropada təlim keçib, həmçinin 3 təlim missiyası EaP ölkələrinə səfər edib.

Xatırladaq ki, “The East Invest-2” Şərqi Qonşuluq (Eastern Neighbourhood) regionunda regional investisiya və iqtisadi inkişaf üçün ticarətin sadələşdirilməsi layihəsidir. Bu layihə Avropa İttifaqının (EU) Şərq Tərəfdaşlığı təşəbbüsləri çərçivəsində fəaliyyətə başlayıb. Layihənin əsas hədəfi 6 EaP ölkəsində kiçik və orta sahibkarlığı (SME) dəstəkləməkdir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə