Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ermənistan parlamentinə üç sədr müavini seçilib
Ermənistan parlamentinə üç sədr müavini seçilib
19 May 2017 / 14:07 / Baxış sayı: 18
Font1 Font2 Font3 Font4

Ermənistan parlamenti sədrinin 3 müavini seçilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, mayın 19-da keçirilən iclasda səsvermədə 105 deputatdan 100-ü iştirak edib.

Spikerin yeni müavinlərindən ikisi hakim Respublikaçılar Partiyasının, biri isə müxalifətin təmsilçisidir.

Eduard Şarmazanov və Aspine Ovannisyan hakim Respublikaçılar Partiyasını, Mikael Melkumyan isə müxalif “Tsarukyan” blokunu təmsil edirlər.

Xatırladaq ki, Ermənistanın əvvəlki parlamentində sədrin 2 müavini vardı. İndi isə sədr müavinlərinin sayı 3 çatdırılıb.

Mayın 18-də Ermənistan parlamenti Respublikaçılar Partiyasından olan Ara Babloyan sədr seçib. Parlamentin əvvəlki sədri Qalust Saakyan idi.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə