Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Tramp peşman olub – İDDİA
Tramp peşman olub – İDDİA
19 May 2017 / 14:04 / Baxış sayı: 204
Font1 Font2 Font3 Font4
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə sabiq köməkçisi, quru qoşunlarının istefada olan generalı Maykl Filinnin Ağ Evə qayıdacağına ümid edir.
TASS informasiya agentliyi xəbər verir ki, bu barədə “The Daily Beast” nəşri məlumat yayıb. “Donald Tramp Maykl Filinni istefaya göndərdiyi üçün peşmandır və təhqiqat başa çatdıqdan sonra onun geri dönəcəyini səmimi şəkildə güman edir”, – nəşr Ağ Evdə vəziyyətlə tanış mənbədən sitat gətirir.
Xatırladaq ki, Maykl Filinn bu ilin yanvarında ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini tutub. Bir ay sonra “The Washington Post” qəzeti onun Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla sanksiyalar barədə söhbəti barədə xəbəri dərc etdikdən sonra istefa verməyə məcbur olub.
Filinn isə öz növbəsində Rusiya səfiri ilə sanksiyalar barədə danışmadığını və 35 rusiyalı diplomatın ABŞ-dan çıxarılması məsələsini müzakirə etdiyini bildirib. Bu, formalaşdırılan Tramp administrasiyasında ilk istefa olub./AZƏRTAC/
arxiv.bizimxeber.az


Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə