Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Oğurladığı pulları və zinət əşyalarını oğurladılar – MARAQLI OLAY
Oğurladığı pulları və zinət əşyalarını oğurladılar – MARAQLI OLAY
19 May 2017 / 14:18 / Baxış sayı: 132
Font1 Font2 Font3 Font4

Şirvanda 20 yaşlı gənc evdən qızıl-zinət əşyaları oğurlayıb.

arxiv.bizimxeber.az Apa.ya istinadən bildirir ki, Şirvan sakini, əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü İsmayılov Coşqun Rövşən oğlu şəhər sakininin evindən 1500 manat dəyərində qızıl-zinət əşyaları və 750 manat dəyərində noutbuk, ümumilikdə 2250 manat dəyərində oğurluq edib. Şirvan Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində C. İsmayılov şübhəli şəxs qismində saxlanılaraq barəsində şəhər Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Müəyyənləşdirilib ki, C.İsmayılov oğurladığı qızıl-zinət əşyalarını gizlətdiyi zaman onu görən tanışı, 1995-ci il təvəllüdlü Röyal Məhərrəməli oğlu Xələfov sonradan birincidən xəbərsiz qızıl-zinət əşyalarını götürərək əlbir olduğu tanışları – 2000-ci il təvəllüdlü Gündüz Elxan oğlu Mirzəyev, 2000-ci il təvəllüdlü Əlizamin Əlövsət oğlu İsmayılov və 1993-cü il təvəllüdlü Əsgər Tərlan oğlu Məmmədovla birlikdə lombarda qoyaraq əldə olunan pulu aralarında bölüb. Şirvan polisi tərəfindən bu şəxslər də istintaqa cəlb edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə