“Report”un məlumatına görə, bunu “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan taekvondoçu Ramin Əzizov deyib.
87 kq çəki dərəcəsində mübarizə aparan idmançı bildirib ki, Reza Mehmandustun məşqləri İsamiadadan da çətindir: “Finaldakı rəqibim iranlı Əhməd Məhəmmədiyə dava əvvəl də qalib gəlmişdim. İki dəfə vurdum, siqnal xal vermədi. Deyəsən, mənə sürpriz etmişdi, sonda xal qeydə alındı”.

– Çempionluqdan sonra göz yaşlarınızı saxlaya bilmədiniz…

– İstəməzdim hisslərimi biruzə verim. Heç bir idmançıya zədə arzulamıram. İdmançının zədə ilə sınağa çəkilməsi çox pis şeydir. İki dəfə ayağım sınmışdı. Əksəriyyət idmana qayıdacağıma inanmırdı. Əsas odur ki, özümü sübut etdim. İnanmayanlar, inanmasın.

– Qələbəni həsr etdiyiniz tribunadakı şəxs kim idi?

– Bəli, Vüqar Sultanova həsr etdim. O, mənə həm müəllim, həm ata, həm də qardaşdır. Bu yaxınlarda infarkt keçirib, əməliyyat oldu. Qələbəni onun ürəyinə həsr edirəm.

– Qarşıdakı dünya çempionatında da sizdən “qızıl” gözləyək?

– Cənubi Koreyada keçiriləcək dünya çempionatında bürünc medal almışam. Burada da əlimdən gələni edəcəyəm.

– Amma yəqin ki, əsas hədəf olimpiya çempionu olmaqdır…

– Gəlin, tələsməyək. Əvvəlcə dünya çempionatı, sonrasına baxarıq.

arxiv.bizimxeber.az