Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İslamiadanın bağlanış günühansı yollar bağlı olacaq? – SİYAHI
İslamiadanın bağlanış günühansı yollar bağlı olacaq? – SİYAHI
20 May 2017 / 10:40 / Baxış sayı: 80
Font1 Font2 Font3 Font4

Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsi IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi günü – mayın 22-də Bakı yollarında nəqliyyatın hərəkətində məhdudiyyətlər tətbiq olunacağını açıqlayıb.

“Bizimxeber”in məlumatına görə, həmin gün Heydər Əliyev prospektinin “Excelsior” otelinin qarşısındakı yol qovşağından Sabunçu dairəsinədək olan hissəsi və Neftçilər prospektinin “Azneft” meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra ümumi yol hərəkəti üçün bağlı olacaq.

Bağlanış mərasimini izləmək üçün tamaşaçılar Bakı Olimpiya Stadionuna metro və Bakı Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilən ekspress xətt avtobusları vasitəsi ilə gedə bilərlər.

Bakı Olimpiya Stadionuna ən yaxın metro stansiyası olan “Koroğlu” stansiyasında qatarlar orta hesabla iki dəqiqəlik intervalla hərəkət edəcək və gecə saat 2-dək işləyəcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə