Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Sahibkar “Torqovı”dakı məşhur kafeni məhkəməyə verdi
Sahibkar “Torqovı”dakı məşhur kafeni məhkəməyə verdi
20 May 2017 / 13:48 / Baxış sayı: 248
Font1 Font2 Font3 Font4

Bakının mərkəzində-“Torqovı”da yerləşən “Travelers Coffee” kafesi məhkəməyə verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, kafenin yerləşdiyi obyektin sahibi Vaqif Məmmədov Səbail Rayon Məhkəməsinə müraciət edərək “Travelers Coffee Limited” şirkətinin Azərbaycandakı filialına qarşı iddia irəli sürüb.

Sahibkar V.Məmmədov kafe rəhbərliyinin icarə haqqını ödəmədiyini bildirib və yığılan icarə haqlarının ödənilməsini tələb edib.

Səbail Rayon Məhkəməsi V.Məmmədovu iddiasını qismən təmin edib. “Travelers Coffee” qərardan apelyasiya şikayəti verib.

İş icraata götürülüb və proses Bakı Apelyasiya Məhkəməsinin hakimi Vüqar Həsənovun sədrliyi ilə mayın 23-də davam etdiriləcək.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə