Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Röyanın keçmiş əri 700 nəfəri ac qoyub: “Kirayəni verə bilmirəm”
Röyanın keçmiş əri 700 nəfəri ac qoyub: “Kirayəni verə bilmirəm”
20 May 2017 / 13:52 / Baxış sayı: 634
Font1 Font2 Font3 Font4

Bu barədə “Qaynarinfo”ya mağazanın keçmiş işçilərindən İmran Rzayev məlumat verib.

Pis vəziyyətdə qalan İmran Rzayev kirayə qaldığı evin pulunu belə ödəməkdə çətinlik çəkir: “İş yerim Bakı şəhəri, 8-ci mikrorayon dairəsində, Cəfər Xəndan küçəsi 36-da yerləşirdi. Bu ilin fevral ayında işdən çıxarıldım. 4 aydır ki, işsizəm, maddi vəziyyətim çox pisdir, kirayə haqqını borc-xərclə ödəyirəm. 700-dən çox işçinin də vəziyyəti mənimki kimidir. Ayda 350 manat maaş alırdım. “Çudo Peçka”nın mənə 2800 manat borcu var. Hələ də vermək fikirləri yoxdur. Şirkətin rəhbəri Çingiz Cəlilov olsa da işləri oğlu Anar Cəlilov aparırdı”.

Məsələ ilə bağlı bir neçə quruma şikayət etdiyini deyən vətəndaş bununla bağlı heç bir tədbirin görülmədiyini bildirib.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyətə başlayan “Çudo Peçka”nın 14 mağaza-kafesi olub. Sonradan mağazalar şəbəkəsi onun qurucusu olan biznesmen Çingiz Cəlilovdan alınıb. Lakin məhkəmənin qərarı ilə şirkət yenidən iş adamına qaytarılıb.

Onu da qeyd edək ki, Çingiz Cəlilovun oğlu Anar Cəlilov Əməkdar artist Röya Ayxanın keçmiş əridir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə