Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Gömrük Komitəsi “pomidor məsələsi”nə aydınlıq gətirdi
Gömrük Komitəsi “pomidor məsələsi”nə aydınlıq gətirdi
20 May 2017 / 15:20 / Baxış sayı: 390
Font1 Font2 Font3 Font4

Dövlət Gömrük Komitəsi (DGK) ölkədə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan Rusiyaya pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin səbəb olması barədə məlumatlarla əlaqədar açıqlama yayıb.

 

DGK-nın mətbuat xidmətindən arxiv.bizimxeber.az-a daxil olan məlumatda bildirilir ki, ötən gün bir sıra KİV-də ölkəmizdə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan  Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin – konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulmasının səbəb olduğu bildirilib.

 

DGK bildirir ki, hazırda Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiya Federasiyasına pomidor aparan avtomobillərin sərhədkeçmə  prosesində hər hansı problem yoxdur.

 

Son 2 gün ərzində şimal sərhədindən Rusiya Federasiyasına 85 yük avtomobili və 49 vaqon pomidor məhsulu heç bir maneə olmadan ixrac edilib.

 

 

DGK onu da bildirir ki, iki ölkənin qarşılıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə həllini tapır.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə