“Əsgər analarını sakitləşdirmkək üçün deyirlər ki, bizim ordumuz yaxşı vəziyyətdədir. Amma bu o demək deyil ki, baş verən hadisələrə, ölümlərə bəraət qazandırmaq olar” – deyə jurnalist Marqaritaya müraciət edib.

Bu sual qarşısında çətin vəziyyətdə qalan Şura sədri Ermənistan ordusunda baş verən intiharları malalamaq istəsə də, erməni əsgərlərinin təcrübəsizliyini etiraf edib: “Ordumuzda getdikcə itkilərin sayı artır. Mən deyə bilmərəm ki, bu hadisələrin səbəbi nədir. Lakin bir məqam var. Əsgər düşməni dayandırmağa çalışan zaman ehtiyatsız davranış nəticəsində mərmini ya özünə, ya da dostuna vurur”.

arxiv.bizimxeber.az