Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Hikmət Hacıyev: “Erməni tərəfinin anlaşılmayan uşaq sevinci “
Hikmət Hacıyev: “Erməni tərəfinin anlaşılmayan uşaq sevinci “
20 May 2017 / 20:16 / Baxış sayı: 240
Font1 Font2 Font3 Font4

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda qeyri-sabit status-kvonun dəyişdirilməsi ilə bağlı substantiv danışıqların davam etdirilməsinə çağırmalıdır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev Twitter səhifəsində Azrəbaycan-Ermənistan təmas xəttindəki son hadisələrlə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatına şərhində yazıb.

XİN rəsmisinin şərhində deyilir: “Həmsədrlərin standart bəyanatına Ermənistan tərəfinin uşaq kimi sevinməyi başadüşülən deyil. Hamıya yaxşı məlumdur ki, Azərbaycan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayacaq. Atəşkəs həll deyil və ola da bilməz. Davamlı sülh üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından öz qoşunlarını çıxarmalıdır. ATƏT Minsk qrupu Dağlıq Qarabağda qeyri-sabit status-kvonun dəyişdirilməsi ilə bağlı substantiv danışıqların davam etdirilməsinə çağırmalıdır”.

H.Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında qeyri-leqal mövcudluğu atəşkəsin pozulmasının və gərginliyin əsas səbəbidir.\virtualaz.org\

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə