Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Kral Salman Trampa ən yüksək dövlət nişanı mükafatı verdi – Foto
Kral Salman Trampa ən yüksək dövlət nişanı mükafatı verdi – Foto
20 May 2017 / 23:07 / Baxış sayı: 306
Font1 Font2 Font3 Font4

ABŞ prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.

Paytaxt Ər-Riyada gələn Trampı həyat yoldaşı Melania Trump da müşayiət edir.

ABŞ Prezidenti və xanımını Səudiyyə Ərəbistanı Kralı Salman bin Abduləziz əl Səud qarşılayıb. Kral Salmanı qarşılanma mərasimində oğlu Məhəmməd bin Salman da müşayət edib.

Mətbuata açıqlama verdikdən sonra, Yemamə Sarayında toplantı keçrilib. Kral Salam bu tədbirdə ABŞ prezidenti Trampa ölkənin ən yüksək dövlət nişanı “Kral Abduləziz” dövlət nişanını təqdim edib.

Tramp paytaxt Ər-Riyadda 3 ayrı sammitə qatılacaq. ABŞ prezidenti Trampın Səudiyyə səfərinin əsas məqsədinin isə Obama dövründə yaşanan problemlərin aradan qaldırılması və iqtisadi əlaqələrin gücləndirilməsi olduğu bildirilir. Səfər çərçivəsində Körfəz ölkələri ilə ABŞ arasında silah satışı ilə bağlı müqavilələrin də imzalanacağı güman edilir.

Tramp Səudiyyədən sonra, İsrailə səfər edəcək.

arxiv.bizimxeber.az

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə