Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda “exchange” açmaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycanda “exchange” açmaq istəyənlərin NƏZƏRİNƏ
21 May 2017 / 13:12 / Baxış sayı: 316
Font1 Font2 Font3 Font4

Prezident İlham Əliyev valyutadəyişmə fəaliyyətinin tənzimlənməsi ilə bağlı fərman imzalayıb. Həmin fərmanla valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunacaq girovun məbləği müəyyənləşdirilib.

“Exchange” fəaliyyətinə lisenziya almaq istəyən şəxslər müvəkkil bankda xüsusi hesaba müəyyən olunmuş məbləğdə həm milli valyutada, həm də ABŞ dollarında girov vəsaiti yerləşdirməlidirlər.

Girov vəsaitinin məbləği regionlar üzrə fərqlənir: Bakı şəhərində – 50 min  manat və 50 min ABŞ dolları,  Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 25 min manat və 25 min ABŞ dolları, digər şəhər və rayonlarda, habelə Naxçıvan Muxtar Respublikasında – 10 min manat və 10  min ABŞ dolları.

Xatırladaq ki, valyuta mübadiləsi ilə məşğul olan şəxs lisenziyanın alınması üçün müraciət edərkən Vergilər Nazirliyindən dövlət büdcəsinə borcu və digər öhdəliyi olmadığı barədə arayış, təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında Daxili İşlər Nazirliyindən arayış təqdim etməlidir.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə