Şəki MRX-dan APA-ya bildirilib ki, 37 Mehman Zəkəryəzadəyə döyülmə nəticəsində qarnının küt travması, sağ döş qəfəsinin əziyi, qabırğa sınığı, ağız və çənənin əziyi xəsarətləri alıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə Aşağı Küngüt kənd inzibati ərazisində baş verib. Mehman Zəkəryəzadə ilə qaynı arasında istintaqa hələki məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Mehman Zəkəryəzadəyə qaynı tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.
arxiv.bizimxeber.az