Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Taliban” silahlıları 20 polis işçisini öldürdü
“Taliban” silahlıları 20 polis işçisini öldürdü
21 May 2017 / 13:56 / Baxış sayı: 28
Font1 Font2 Font3 Font4

“Taliban” hərəkatının silahlıları Əfqanıstanın cənubunda nəzarət-buraxılış məntəqələrinə silsilə hücumlar təşkil edərək 20 polis işçisini qətlə yetiriblər. France Press agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının azı 15 əməkdaşı da yaralanıb.

“Bu səhər “Taliban” döyüşçülərinin ağır və yüngül silahlarla silahlanmış bir qrupu Zabul vilayətində bir neçə polis nəzarət-buraxılış məntəqəsinə koordinasiya olunmuş hücum həyata keçirib, 20 polis işçisi həlak olub”, – deyə vilayətin qubernatoru Bismilla Əfqanmal bildirib.

Son vaxtlar Əfqanıstanda vəziyyət pisləşməkdə davam edir. Bir sıra kənd rayonlarında xeyli əraziləri ələ keçirən taliblər böyük şəhərlər istiqamətində hücumları genişləndirirlər. Ölkə ərazisində, həmçinin İŞİD terror qruplaşmasının da təsir dairəsi artır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə