Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Ştefan Füle Azərbaycana gəlir
Ştefan Füle Azərbaycana gəlir
02 May 2013 / 14:50 / Baxış sayı: 60
Font1 Font2 Font3 Font4

Avropa İttifaqının Genişlənməsi və Avropa Qonşuluq Siyasəti üçün cavabdeh olan Komissar Ştefan Füle ikitərəfli əlaqələri və cari ilin noyabr ayında Vilnyusda keçiriləcək Şərq Tərəfdaşlıq Sammitinədək Şərq Tərəfdaşlığında Azərbaycanın iştirakı üçün qoyulan hədəfləri müzakirə etmək üçün cümə axşamı və cümə günü Azərbaycana səfər edəcək.

arxiv.bizimxeber.az-ın məlumatına görə, o, Prezident İlham Əliyev, İqtisadi İnkişaf Naziri Şahin Mustafayev, Təhsil Naziri Mikayıl Cabbarov, Xarici İşlər Nazirinin Müavini Mahmud Məmməd-Quliyev, eləcə də müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək.

Cümə günü Komissar Füle Diplomatik Akademiyada nitq söyləyəcək və mətbuat konfransı keçirəcək.

Bakıdakı danışıqları zamanı o, qarşılıqlı hörmət, maraq və dəyərlər əsasında Azərbaycanla tərəfdaşlığın gücləndirilməsinə dair Avropa İttifaqının öhdəlik götürdüyünü bir daha təsdiq edəcək.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə