Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Casusları güllələyiblər
Casusları  güllələyiblər
21 May 2017 / 16:19 / Baxış sayı: 328
Font1 Font2 Font3 Font4

2010 və 2012-ci illər arasında Çin hökuməti iyirmiyədək Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentlərini ya öldürüb, ya da həbs edib. “New York Times” qəzetinin xəbərinə görə, bu, indiyədək ölkənin kəşfiyyat sisteminin xaricdə informasiya toplamasına dəyən ən böyük ziyandır.

Virtualaz.org xəbər verir ki, MKİ-nin haker hücumuna məruz qalması və ya hansısa köstəbəyin Çin hakimiyyətinə agentləri aşkarlamaqda kömək etməsi bəlli deyil.  Bunukəşfiyyat rəsmiləri  qəzetə bildirib. Onların sözlərinə görə, casuslar başqalarına da görk olsun deyə hökumət binasının həyətində güllələnib. Mənbə ən azı bir casusun hökumət binasının həyətində güllələndiyinin təsdiqləndiyini deyib. Bununla Çin hakimiyyəti başqalarına da göstərmək istəyib ki, ABŞ kəşfiyyatına işləməyin axırı necə olur.

MKİ bu informasiyanı şərh etməyib. Dörd sabiq MKİ rəsmisi qəzetə bildirib ki, 2010-cu ildən Çinin dərin hökuməti bilgiləri tükənməyə başlayıb. İnformatorlar isə 2011-ci ilin əvvəllərində yoxa çıxmağa başlayıb. Bir mənbə bildirib ki, MKİ və FTB bu hadisəni “Honey Badger” adı altında araşdırıb. Nəticədə, bir sabiq MKİ əməliyyatçısı şübhəli bilinsə də, yetərli sübut olmadığından o həbs edilməyib. Hazırda o, bir Asiya ölkəsində yaşayır.

2012-ci ildə ABŞ-a casusluq iddiası ilə bir çinli məmur həbs edilib. Həmin vaxt media hər hansı başqa bir həbs və ya ölüm barədə məlumat verməyib. Bildirilir ki, Amerikanın xeyrinə casusluq edən Çin məmurları bunu ölkədəki korrupsiyadan məyusluqla əsaslandırmışdılar. Casusların aşkarlanaraq zərərsizləşdirilməsindən sonra ABŞ kəşfiyyatı Pekindəki səfirliyin bütün əməkdaşlarını yoxlayıb, onların arasında Çin agentinin olub-olmadığını aşkara çıxarmağa çalışıb. Lakin casusları kimin satdığını müəyyən etmək mümkün olmayıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə