Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Batumidə müdafiə nazirlərinin görüşü keçiriləcək
Batumidə  müdafiə nazirlərinin görüşü keçiriləcək
21 May 2017 / 16:52 / Baxış sayı: 44
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri Zakir Həsənov Gürcüstanda səfərdədir. Z.Həsənov bu gün Heydər Əliyevin Tiflisdəki büstünü ziyarət edib.

Sabah Z.Həsənovun səfər çərçivəsində Gürcüstanlı həmkarı Levan İzoriya ilə  görüşü planlaşdırılıb. İki ölkə arasında ikitərəfli müdafiə məsələləri müzakirə olunacaq və nazirliklər arasında memorandum imzalanacaq.

Sabah Azərbaycan müdafiə nazirinin Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşləri də planlaşdırılıb. Z.Həsənov sabah axşam saatlarında isə Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin iştirak etdiyi üçtərəfli görüşə qatılacaq.

*   *   *11:36

Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan müdafiə naziri Levon İzorianın dəvəti ilə Tbilisi şəhərinə rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, səfər çərçivəsində Z.Həsənovun Gürcüstanın hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərində ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə