Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

XİN rəsmisindən AVROPAYA VİZASIZ GETMƏK BARƏDƏ
XİN rəsmisindən AVROPAYA VİZASIZ GETMƏK BARƏDƏ
21 May 2017 / 17:44 / Baxış sayı: 240
Font1 Font2 Font3 Font4

“Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, elm, təhsil və digər sahələrlə əhatə edən yeni sazişin imzalanması ilə bağlı danışıqlar başlanılıb”. APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

M.Məmmədquliyev bildirib ki, danışıqlar yeni başladığından qarşıda görüləcək çox  işlər var. Xarici işlər nazirinin müavini Azərbaycan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız səfəri məsələsinə də toxunub: “Azərbaycan vətəndaşlarının Avropaya sərbəst gedib gəlməsi üçün viza məsələləri bir qədər  yüngülləşdirilib. Eyni zamanda, bizim imzaladığımız sazişlər, həm vizanın sadələşdirilməsi, həm də readmissiya sazişləri həyata keçirilir. Ola bilsin ki, bu məsələ ilə bağlı monitorinq komitəsində görüş olacaq və onlar bu məsələyə bir daha baxacaqlar. Əgər hər iki tərəf öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirsə, ola bilsin ki, gələcəkdə bu məsələ müzakirə olunsun. Azərbaycan vətəndaşlarının Avropaya vizasız gediş-gəlişi ilə bağlı sazişin imzalanmasına gəlincə, indi bu barədə danışmaq bir qədər tezdir”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə