Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

“Ümumrusiya Azərbaycan Konqresinin ləğvi siyasətlə bağlı deyil”
“Ümumrusiya Azərbaycan Konqresinin ləğvi siyasətlə bağlı deyil”
21 May 2017 / 18:05 / Baxış sayı: 140
Font1 Font2 Font3 Font4

“Ümumrusiya Azərbaycan Konqresinin” (ÜAK) ləğvi barədə qərarın siyasətlə heç bir əlaqəsi yoxdur və bu, Moskva-Bakı münasibətlərinin inkişafına təsir etməməlidir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib.

“Bu, iki ölkə arasında münasibətlərin pisləşməsinə gətirib çıxarmamalıdır”, – deyə o qeyd edib.

“Məsələlər hüquqi müstəvidədir, bu yöndən də baxılmalıdır. Qərar kiminsə siyasi iradəsi ilə əlaqəli deyil, bu, bizim hüquq-mühafizə orqanlarımızın sözügedən təşkilatın qeydiyyat prosedurunu pozması ilə bağlı qərarıdır. Mən tam əminəm ki, bu hadisə bizim Azərbaycanla ikitərəfli əlaqələrimizə təsir etməməlidir”, – deyə diplomat bildirib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə