Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Bu tapıntı neftin “bazarını öldürəcək”
Bu tapıntı neftin “bazarını öldürəcək”
22 May 2017 / 17:10 / Baxış sayı: 806
Font1 Font2 Font3 Font4

Çində yeni inqilab baş verdiyi elan olunub. İnqilab karbohidratlar sahəsində baş veriib. Belə ki, dünyada ilk dəfə olaraq çinli neftçilər Cənubi-Çin dənizinin dibindən “yanacaq buzu” çıxarıblar. Söhbət su və təbii qazın qarışıqğından gedir. Bu qarışıq müxtəlif temperaturda bərk maddəyə çevrilir.

Məsələ ondadır ki, “yanacaq buzu” nadir karbohidrat deyil və dünyanın bir çox yerlərində mövcuddur. Sadəcə, maliyyə və texnoloji səbəblərdən onun hasilatı həyata keçirilmir. Çin isə texnologiya sahəsində irəliləyiş edərək bu maddənin hasilatını rentabelli edə bilib. Çin rəsmiləri bu hadisəni ABŞ-dakı “şist inqilabı” ilə bərabər tuturlar. Yuxarıda sözügedən maddə Honkonqdan 285 km məsafədə 1,2 km dərinlikdə aşkar edilib. 100 litr “yanacaq buzu” ilə avtomobil 50 min kilometr yol qət edə bilər. “Yanacaq buzu”nun 1 kub metri 160 kubmetr təbii qaza bərabərdir. Əgər Çin hasilatı sənaye miqyasına çatdırsa, dünyada neft və qaz qiymətlərini tamamilə “öldürə” bilər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə