Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Peskov Fransa səfəri barədə danışmaqdan imtina etdi
Peskov Fransa səfəri barədə danışmaqdan imtina etdi
22 May 2017 / 8:56 / Baxış sayı: 164
Font1 Font2 Font3 Font4

“Bizimxeber” məlumat verir ki, Rusiya prezidenti Vladimir Putin may ayının 29-da Fransaya rəsmi səfərə gedəcək. Lakin rəsmi Kreml xəbəri şərh etməkdən boyun qaçırır. 

“Biz lazım olanda elan edəcəyik,”- prezidentin mətbuat katibi Dmitriy Peskov “İnterfaks”a bildirib.

“Bizimxeber” xatırladır ki, Paris və Moskva mənbələrinin verdiyi xəbərə görə Vladimir Putin may ayının 29-da Fransaya planlaşdırılmamış səfərə gedəcək. Bu səfər prezident Putinə yeni prezident Emmanuel Makronla şəxsən tanış olmağa şərait yaradacaq. Səfərin görünən məqsədi isə Versal sarayında I Pyotra həsr olunmuş sərginin açılış mərasimidir.

Səfər mərasimlə yekunlaşmayacaq, “daha zəngin” olacaq. Belə ki, Versalda nəzərdə tutulmuş sərgi-mərasim rus çarının Fransaya tarixi səfərinin və ölkələr arası diplomatik münasibətlərin yaranmasının  300 illiyinə həsr olunub. Sərgi Böyük Trianon sarayında sentyabr ayına kimi davam edəcək.

Jalə
arxiv.bizimxeber.az 

 



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə