Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Daşkəsəndə qəzada xəsarət alanların kimliyi bəlli oldu – YENİLƏNİB
Daşkəsəndə qəzada xəsarət alanların kimliyi bəlli oldu – YENİLƏNİB
22 May 2017 / 9:32 / Baxış sayı: 320
Font1 Font2 Font3 Font4

Daşkəsən rayonunda yol qəzası nəticəsində xəsarət alan sürücülərin kimliyi məlum olub.

APA -nın qərb bürosunun xəbərinə görə,  bunlar  Daşkəsən rayon sakini, 1949-ci il  təvəllüdlü Rəşid Məmmədov və Göygöl rayon sakini, 1944-cü il təvəllüdlü Yolçu İbrahimovdur.

Hər iki sürücü Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onların yüngül xəsarət aldığı bildirilir.

Qeyd edək ki, ötən gecə Daşkəsən rayonunun Quşçu kəndində  “Qazel” və  “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində  1949-cu il təvəllüdlü Bəxtiyar Salman oğlu Uğurluyev ölüb, hər iki avtomobilin sürücüsü xəsarət alıb.

***

Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Daşkəsən rayonu, Quşçu kəndi ərazisində “Qazel” markalı yük avtomobilinin “VAZ” markalı minik avtomobilinə çırpılıb.

Dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində körpüdən çaya düşən iki nəfər sürücünü və 1949-cu il təvəllüdlü Bəxtiyar Salman oğlu Uğurluyevin meyitini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 00:49-da başa çatıb.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə