Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə və Ukrayna vətəndaşlarına PASPORTSUZ SƏYAHƏT imkanı
Türkiyə və Ukrayna vətəndaşlarına PASPORTSUZ SƏYAHƏT imkanı
22 May 2017 / 10:49 / Baxış sayı: 126
Font1 Font2 Font3 Font4

Ukrayna və Türkiyə vətəndaşları qarşılıqlı şəkildə xarici pasportsuz səfər edə biləcəklər.

Publika.az xəbər verir ki, Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəhbəri Maksim Sokolyuk özünün sosial media hesabından verdiyi açıqlamasında Türkiyə ilə Ukrayna arasında pasportsuz səyahət dövrünün yaxın zamanda başlayacağını bildirib.

İki ölkə arasında müqavilə dünən rəsmi şəkildə təsdiq olunub.

Sokolyuk açıqlamasında bildirib ki, Türkiyə rəsmiləri mayın 20-də Ukrayna ilə çipli şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət layihəsini təsdiqlədilər: “Xarici İşlər Nazirliyindən rəsmi tarix gözləyirik. Bir neçə həftə ərzində bu layihənin tətbiqinə başlanılacaq”, deyə o bildirib.

Qeyd edək ki, layihə çərçivəsində 550 min çipli şəxsiyyət vəsiqəsi istifadə edilib.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə