Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

5 tələbənin birdən ölmə səbəbi (ŞƏRH)
5 tələbənin birdən ölmə səbəbi (ŞƏRH)
22 May 2017 / 11:39 / Baxış sayı: 238
Font1 Font2 Font3 Font4

Son zamanlarda avtomobil qəzaları və qəza nəticəsində ölən tələbələrin sayı artıb. Ötən gün baş verən ağır qəzada daha 5 nəfər həyatının itirib.

“Bizimxeber” xəbər verir ki, espert Ərşad Hüseynov məsələ ilə bildirib ki, qəzaların başvermə səbəbləri əsasən eynidir və yol hərəkəti təhlükəsizliyində olan çatışmazlıqları göstərən məqamlata toxunub:

1. Sükan arxasında 17 yaşlı gənc olub (belə məlumat yayılıb). 17 yaşlı gəncin sürücülük hüququ ola bilməz.

2. Qəzanın xarakteri və gələn məlumatlar hədsiz yüksək sürətin olduğunu təsdiqləyir. Yollarımızda təkər üstündə uçmaq istəyənlər artmaqdadır və təəssüf ki, sürətin nə demək olduğunu anlayanlar çox azdır.

3. Hadisəni şərh edən heç kəs orada yola diqqət etmir. Amma fotodan aydın görünür ki, yolun kənarında dərhal xəndək başlayır. Belə yol dünyanın ən təhlükəli yolları sayılır, çünki yoldan çıxan avtomobilin sürücüsü və sərnişinlərinin sağ qalmaq şansı çox azdır. Belə xəndək olmasa, avtomobil bir neçə dəfə yomalansa da içərisində sağ qalmaq şansı yüksəkdir. Və ən başlıcası: yolların hər yerinə dəmir sədd düzənlər, bilməlidirlər ki, həmin sədd məhz belə yolun qırağında olmalıdır ki, taleyi ilə oynayan gəncə yaşamaq şansı qalsın.

4. Yolun həmin sahəsində belə xəndəyin, az da olsa döngənin, habelə enişin olmasına baxmayaraq, orada 110 KM/SAAT sürət qoyulub. Bu sürət əvvəla qanunumuza ziddir, daha sonra nə kənarı xəndəkli yola, nə də orada maşın sürən təfəkkür qüsurlu insanlara uyğun deyil.

5. Qəzanı şərh edənlər avtomobilin təhlükəsizlik göstəriciərini, xüsusən təhlükəsizlik yastıqlarının açılmamasını da vurğulayırlar. Onlar da haqlıdırlar. Amma bir şeyi unutmayaq: “Accent Hunday” aşağı sinif avtomobildir, onun təhlükəsizlik sistemi sinfinə uyğundur və məsələn, nə “Sonata”, nə də E sinif “Mersedes”dəki kimi ola bilməz. İkincisi də bu avtomobildə hansı təhlükəsizlik yastıqları olduğunu dəqiq bilmirik və şəxsən mən ehtimal edirəm ki, onda yalnız ön və yan zərbələr üçün (hətta ola bilər ki, yalnız ön) üçün yastıqlar var. Tam əminlikə deyirəm ki, avtomobil uçaraq idarəetmədən çıxıb hansısa maneəyə çırpılmadan dəfələrlə aşırsa, həmin yastıqlardan heç biri açılmır. Yastıqlar belə qəzaya hesablanmayıb. Şəkildən aydın görünür ki, avtomobil frontal zərbə almayıb, əsasən damı vəzilib ki, bu da dəfələrlə aşaraq xəndəyə düşmənin nəticəsidir.

Amma şəxsən mən də ölkəmizə gətirilən avtomobillərin təhlükəsizlik sisteminin və digər keyfiyyət göstəricilərinin dilerləri maraqlandırmadığına əminəm. Ona görə də ən zay avtomobilərin bizə sırındığı da mümkündür…

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə