Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Millət vəkili siyasətdən gedir: “Kino çəkəcəyəm”
Millət vəkili siyasətdən gedir: “Kino çəkəcəyəm”
22 May 2017 / 13:03 / Baxış sayı: 326
Font1 Font2 Font3 Font4

PKKyönümlü və avanqardı kürdlərdən təşkil olunmuş Xalqların Demokratik Partiyasında (XDP) “sular bulanır”.

BakiPost.az xəbər verir ki, partiyanın Ankara üzrə millət vəkili Sırrı Süreyya Öndər sensasion açıqlama ilə çıxış edib.

XDP-li millət vəkili siyasətdə qürub dövrü olduğunu və daha fəaliyyətini davam etdirmək istəmədiyini qeyd edib:

“Böyük xəyal qırıqlığım var, olduqca məyusam. 16 yaşımdan bəri siyasi həyatın içindəyəm. Bunun bir dönəmi həbsxana, sonrası gündəlik siyasətdən bir az uzaq olan film və yazarlıq işi…

Yəni siyasət həyatımın böyük parçası oldu. Fəqət parlamentdə olmaq mənə kürd xalqını və onun siyasi mübarizəsini daha yaxından tanımaq imkanı qazandırdı”.

Onun sözlərinə görə, sülhə çox yaxın olsalar da, bunu bacarmayıblar: “İki il silahlar sakit durdu və davam etdirmək lazım idi. Amma alınmadı və özümdə də günah görürəm.

Bundan sonra film sahəsində yenə iş görmək istəyirəm. Artıq üç siyasi ssenarim var və siyasi film sahəsində ciddi addımlar atmağı düşünürəm”.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə