Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

FED-in faiz artıracağı ehtimalı dolları bahalaşdırır
FED-in faiz artıracağı ehtimalı dolları bahalaşdırır
22 May 2017 / 13:20 / Baxış sayı: 142
Font1 Font2 Font3 Font4

Dollar, səhmlərin və ABŞ istiqraz faizlərinin yüksəlməsi ilə əlaqədar olaraq dəyər qazanır. İqtisadi sabitlik və İyunda Fed-in faiz artıracağı ehtimalı da Dolların qalxmasına təsir edir. İnvestorlar ötən həftə  Dollardakı satış dalğasını “həddindən artıq” kimi qəbul etməyə başlayıblar.

ABŞ Dolları, on mühüm bazar valyutasından doqquzu qarşısında dəyər qazanarkən, ən çox funt-sterlinq qarşısında yüksəlib. Funt-sterlinq, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair danışıqlara son verəcəyi ehtimalının gündəmə gəlməsindən sonra, opsiyonlara əsaslanan satışın təsiri ilə geri çəklib. Asiya səhmləri, ABŞ səhmlərində Cümə günü görülən toparlanmadan sonra həftənin ilk iş günündə dəyər qazanıb. ABŞ-da 10 illik xəzinə istiqrazlarının faizi 2 bənd artaraq  2.25%-ə çıxıb.

“Mizuho Securities Co”nun Baş valyuta strateqi Kengo Suzuki, “Trumpa bağlı satış dalğası həddən artıqdı və makroiqtisadi mühit Fed-i faiz artırmaqda saxlayacaq kimi görünmür. Bu da Dolların dəstəklənməsinə yardım edir”,- deyə bildirir

ABŞ Dollarının on mühüm bazar pulu qarşısındakı dəyərini təqib edən Bloomberg Dollar Spot İndeksi, 0.16 faiz qalxaraq 1202.19 olub.Dollar, Yapon Yeni qarşısında 0.21 faiz yüksələrək 111.50 səviyyəsinə qalxıb. ABŞ Dolları, funt-sterlinq qarşısında 0.31% qalxaraq 1.2996-dan alıcı tapıb. Avro/Dollar məzənnəsi 1.1170 səviyəsinə düşüb (Dollar bahalaşıb, Avro ucuzlaşıb).

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə