Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Müdafiə nazirlərinin GÜRCÜSTANDA GÖRÜŞÜ BAŞLADI-FOTOLAR
Müdafiə nazirlərinin GÜRCÜSTANDA GÖRÜŞÜ BAŞLADI-FOTOLAR
22 May 2017 / 13:30 / Baxış sayı: 214
Font1 Font2 Font3 Font4

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov mayın 22-də bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.

Bu barədə “Bizimxeber”ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub. Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.

Görüşdə iki ölkə arasında hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bölgədə sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayaraq bu formatda münasibətlərin iki ölkənin təhlükəsizliyinə və inkişafına töhfə verəcəyini xüsusi qeyd ediblər.
Görüşdən sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.
Sonra Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərindəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub və onların xatirəsini yad ediblər.

arxiv.bizimxeber.az



Şərh yazmağa icazə verilməyib..




Yuxarı Geri Ana səhifə