Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Azərbaycanda yüksək rütbəli məmur işdən çıxarıldı
Azərbaycanda yüksək rütbəli məmur işdən çıxarıldı
22 May 2017 / 14:09 / Baxış sayı: 2128
Font1 Font2 Font3 Font4

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Zamiq İsmayılov bu gün tutduğu vəzifədən azad olunub. “Qaynarinfo” mynews.az-a istinadən xəbər verir ki, buna səbəb onun vəzifəsinin icrasında yol verdiyi nöqsanlar olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib.

Zamiq İsmayılov əmək fəaliyyətinə 1997-ci ildə “Xəzərdənizneftdonanma” İdarəsinin gəmilərində kapitanın köməkçisi kimi başlayıb. 2000-ci ildən BUE Caspian Limited şirkətinin Bakı və İstanbul şəhərlərində yerləşən “Ran Shipping” və “Hilal Shippinğ” şirkətlərinin gəmilərində kapitan köməkçisi və kapitan, 2003-cü ildən Maersk Contractors Servisez şirkətində əməliyyat menecerinin köməkçisi, 2005-ci ildən BP-Group Azərbaycan şirkətində dəniz əməliyyatları üzrə qrup rəhbəri, 2013-cü ildən Kaspian Marin Servisez  Limited şirkətinin Azərbaycan filialında baş əməliyyat meneceri, 2014-cü ildən isə həmin şirkətin direktoru vəzifələrində çalışıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə