Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Adambaşı 700 dollardan çox…- HESABLAMA PALATASI
Adambaşı 700 dollardan çox…- HESABLAMA PALATASI
22 May 2017 / 15:44 / Baxış sayı: 574
Font1 Font2 Font3 Font4

1 yanvar 2017-ci il tarixinə Azərbaycanın adambaşına xarici borcu $704,7 təşkil edir, bu da 2016-cı ilin əvvəlinə olan göstəricidən 0,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Hesablama Palatasından məlumat verilib.

“1 yanvar 2017-ci il tarixinə Azərbaycanda əhalinin sayı 1 yanvar 2016-cı ildə 9 mln. 705,6 min nəfərə qarşı 9 mln. 810 min nəfər təşkil edir. Ötən il əhalinin artımı 1,1% olub”, – deyə Palatadan qeyd ediblər.

2017-ci ilin əvvəlinə imzalanan kredit sazişləri üzrə Azərbaycanın xarici borcu $10 mırd. 931,8 mln. və ya ÜDM-in 32,3%-ni, faktiki mənimsənilən məbləğ $6 mlrd. 913,2 mln. və ya ÜDM-in 20,4%-ni təşkil edir.

“2016-cı ilin yekunları üzrə Azərbaycanın adambaşına xarici borcu 2015-ci ilin sonuna olan $710,3-ə qarşı $704,7 təşkil edir”, – deyə Palatadan qeyd ediblər.

Ötən il Azərbaycan $1 mlrd. 203,6 mln. məbləğində kredit vəsaitini sərf edib (2015-ci ilin göstəricisi ilə müqayisədə artım 46,1%), xarici borcun ödənişlərinə $719,2 mln. yönəldilib (artım 41,9%).

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə