Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Prezidentin təyin etdiyi məmur niyə işdən çıxarıldı? (AÇIQLAMA)
Prezidentin  təyin etdiyi məmur niyə işdən çıxarıldı? (AÇIQLAMA)
22 May 2017 / 16:21 / Baxış sayı: 1292
Font1 Font2 Font3 Font4

Xəbər verdiyimiz kimi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini Zamiq İsmayılov bu gün tutduğu vəzifədən azad olunub. Buna səbəb kimi, onun vəzifəsinin icrasında yol verdiyi nöqsanlar göstərilib.

QSC-nin mətbuat xidmətindən “Qaynarinfo”ya Zamiq İsmayılovun işdən çıxarılması xəbərini təsdiq ediblər: “Zamiq İsmayılov sədrin birinci müavini idi və öz ərizəsi ilə işdən çıxıb. Onun vəzifəsində nöqsanlara yol verməsi ilə bağlı bizdə məlumat yoxdur”.

“Qaynarinfo” xatırladır ki, Zamiq İsmayılovla bağlı mətbuatda mütəmadi olaraq müəyyən informasiyalar dərc olunub. Bir müddət əvvəl dərc olunan xəbərlərdə bildirilirdi ki, Zamiq İsmayılov QSC sədri Rauf Vəliyev və müavin Nəzrəddin Əhmədzadə ilə birlikdə vəzifə səlahiyyətlərindən istifadə edərək geniş biznes şəbəkəsi qura bilib.

Hətta onun hazırda həbsdə olan MTN generalları ilə də müəyyən əlaqələri barədə yazılmışdı. Bildirilirdi ki, Zamiq İsmayılov həbslərdən sonra da dayaqlarını itirməyib və vəzifədə olan qohumları tərəfindən himayə olunur. Sədr müavininin həmin qohumlar sayəsində gəmiçilik biznesini və digər ticarət işlərini genişləndirə bilib.

Qeyd edək ki, Zamiq İsmayılov prezidentin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin birinci müavini təyin edilib.

O, əmək fəaliyyətinə 1997-ci ildə “Xəzərdənizneftdonanma” İdarəsinin gəmilərində kapitanın köməkçisi kimi başlayıb. 2000-ci ildən BUE Caspian Limited şirkətinin Bakı və İstanbul şəhərlərində yerləşən “Ran Shipping” və “Hilal Shippinğ” şirkətlərinin gəmilərində kapitan köməkçisi və kapitan, 2003-cü ildən Maersk Contractors Servisez şirkətində əməliyyat menecerinin köməkçisi, 2005-ci ildən BP-Group Azərbaycan şirkətində dəniz əməliyyatları üzrə qrup rəhbəri, 2013-cü ildən Kaspian Marin Servisez  Limited şirkətinin Azərbaycan filialında baş əməliyyat meneceri, 2014-cü ildən isə həmin şirkətin direktoru vəzifələrində çalışıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə