Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İstanbulda saxlanılan azərbaycanlı İŞİD-çi türk hökumətindən nə istədi? (FOTO)
İstanbulda saxlanılan azərbaycanlı İŞİD-çi türk hökumətindən nə istədi? (FOTO)
22 May 2017 / 16:54 / Baxış sayı: 3598
Font1 Font2 Font3 Font4

Türkiyədə həbs olunan azərbaycanlı İŞİD-çi Əbu Hüseyn Cəlilov peşmanlıq qanunundan yararlanmaq istəyib. “Qaynarinfo” xəbər verir ki, bu barədə Ankara valisi Ercan Topaca açıqlama verib.

“İstanbulda təqib edilən Əbu Hüseyn Cəlilov saxlanıldı. Peşmanlıq qanunundan yararlanmaq istədiyini bildirdi və İŞİD-lə əlaqəsini etiraf etdi. Əməliyyat zamanı öldürülən iki nəfərin də İŞİD üzvü olduğunu etiraf etdi. Biz də bundan sonra sürətlə əməliyyat hazırlığına başladıq. Risk edə bilməzdik. O, gecə 02.30-03.00 radələrində əməliyyat baş tutdu. Hər iki terrorçu ölü olaraq ələ keçirildi” deyə vali bildirib.

Öldürülən terrorçuların kimliyinin hələlik müəyyənləşmədiyini deyən Ercan Topaca araşdırmaların getdiyini bildirib: “Hələlik kimlikləri müəyyənləşməyib. Əcnəbi olmaq ehtimalları yüksəkdir. Barmaq izləri və hər hansı qeydiyyatları olmadığı üçün indiyədək müəyyyənləşdirə bilməmişik. Evdə aparılan axtarış zamanı kalaşnikov avtomatı və əl bombaları tapıldı. Bəzi bilgilər də ələ keçirildi. Elektron məlumatlar və kompyuter çıxdı. Bu məlumatlardan aydınlaşdı ki, Ankaraya böyük bir terror aktı üçün gəliblər. İstanbulda yaxalanan Azərbaycan vətəndaşı da Ankarada böyük bir terror aktı törətmək istədiklərini, amma harda və nə vaxt olacağını bilmədiyini dedi”.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə