Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

SOCAR-ın kredit reytinqi sabit qaldı
SOCAR-ın kredit reytinqi sabit qaldı
22 May 2017 / 23:45 / Baxış sayı: 98
Font1 Font2 Font3 Font4

“Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi SOCAR-ın uzunmüddətli kredit reytinqini dəyişməyərək “BB” səviyyəsində saxlayıb. APA agentliyin yaydığı məlunata istinadən xəbər verir ki, reytinq üzrə proqnoz “neqativdir”.

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tərəfindən elan olunan xarici öhdəliklərin restrukturizasiyası proqramı SOCAR-ın reytinqi ilə bağlı verilən qərara təsir etməyib.

SOCAR-ın ölkə üçün olduqca yüksək əhəmiyyətə malik olmasını bildirən S&P qeyd edib ki, hökumət istənilən vaxt dövlət şirkətinə zəruri dəstək verməyə hazırdır və reytinqin qorunmasına da əsas səbəb budur. Agentlik əlavə edib ki, hökumət SOCAR-ın xarici öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edir. Eyni zamanda, S&P cari əməliyyatlarda SOCAR-ın müstəqilliyini önə çəkir.

“SOCAR-ın pul ehtuyatının bir hissəsi ABB-də yerləşdirilib. Bununla yanaşı, şirkətin bank qarşısında iri öhdəlikləri mövcuddur”, – deyə agentliyin analitikləri qeyd edir.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə