Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham edib
Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham edib
23 May 2017 / 0:39 / Baxış sayı: 112
Font1 Font2 Font3 Font4

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç Vaşinqtonu Suriya kürdlərinə silah tədarük etmək qərarına görə sərt tənqid edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu o, hər il keçirilən Amerika-Türkiyə münasibətləri üzrə konfransda çıxışı zamanı edib.

“Siz, bir terror təşkilatını digər terror təşkilatına qarşı mübarizədə istifadə edə bilməzsiniz və etməməlisiniz. Xüsusilə də, sizin tərəfdaşınız deyəndə ki, bu, terror təşkilatıdır”, – deyə səfir bildirib.

Kılıç ABŞ-ın Rəqqada əməliyyatın aparılması üçün Suriya kürdlərinə alternativ tapa bilməməsinə dair iddialarını da başa düşmədiyini qeyd edib. Türkiyə səfiri bu məsələdə Türkiyə və artıq İŞİD-ə qarşı uğurlu əməliyyatlar aparmış “Azad Suriya Ordusu”nun olduğunu xatırladıb.

“ABŞ və Türkiyənin tərəfdaşlığı seçim məsələsi deyil, zərurətdir”, – deyə Kılıç əlavə edib və Türkiyəni regionda demokratiyanın uğurlu olduğu ölkələrdən biri adlandırıb.

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə