Böyük Britaniyanın Mançester şəhərində terror aktının kamikadze tərəfindən törədildiyi dəqiqləşib.
Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bu haqda Mançester polisindən bildirilir.
Qeyd edək ki, ötən gecə Mançester şəhərində konsert zamanı stadionda baş verən partlayış nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb.
***
İngiltərənin Mançester şəhərində yerləşən “Mançester Arena” zalında gecə saatlarında terror hadisəsi törədilib.
“Qaynarinfo” “Daily Mail”ə istinadən xəbər verir ki, hadisə Ariana Qrand adlı amerikalı müğənninin konsertindən dərhal sonra canlı bomba tərəfindən törədilib. Terror hadisəsi nəticəsində 19 nəfər dünyasını dəyişib, 59 nəfər isə yaralanıb.
arxiv.bizimxeber.az