Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədr müavini Fəzli Mehdiyev partiya sıralarından istefa verib.
Biizmxeber.az xəbər verir ki, bu barədə “Report”a F.Mehdiyev özü məlumat verib.
O, istefasının səbəbini partiya daxilində baş verənlərlə əlaqələndirib:
“Müsavat Partiyası daxilində aparılan siyasətə, saxtakarlığa etiraz əlaməti olaraq istefa verirəm”.
Qeyd edək ki, F.Mehdiyev Müsavat Partiyasının 2014-cü ildə keçirilən qurultayında hazırkı Müsavat başqanı Arif Hacılını dəstəkləyib.
arxiv.bizimxeber.az