Загрузка...
Xəbər lenti



Загрузка...
  • 2017-Cİ İLDƏ HANSI MƏMURLARI VƏZİFƏDƏ GÖRMƏK İSTƏMİRSİZ? -

    View Results

    Loading ... Loading ...

İraq neft qiymətlərində yüksəlişi dayandırıb
İraq neft qiymətlərində yüksəlişi dayandırıb
23 May 2017 / 10:47 / Baxış sayı: 88
Font1 Font2 Font3 Font4

OPEC və kartelə daxil olmayan 11 ölkənin neft hasilatının azaldılması ilə bağlı 2016-cı il noyabrın 30-da Vyanada imzalanan anlaşmanın müddətini uzadılması barədə qərarı demək olar ki, bütün tərəflər arasında razılaşdırılıb.

Səudiyyə Ərəbistanının nümayəndəsinin sözlərinə görə, sammit iştirakçıları anlaşmanın 9 ay uzadılmasına etiraz etmir. Lakin sammitin başlamasına 1 gün qalmış İraq tərəfi anlaşmanın yalnız 6 ay uzadılmasını dəstəkləyəcəyini bildirib.

Bu açıqlama bu gün Londonda keçirilən konfransda İraqın “SOMO” neft şirkətinin rəhbəri Fələh Əlamri tərəfindən verilib. Qeyd edək ki, Əlamri öz açıqlamasını İraqın energetika nazirinin adından edib. Gözlənilməz xəbər S.Ərəbistanının energetika naziri Xalid əl-Falehin təcili olaraq Bağdada uçmasına səbəb olub.

İraq tərəfinin anlaşmanın müddəti ilə razılaşmaması neft qiymətlərinin düşməsinə səbəb olub. Hazırda “Brent” markalı neftin qiyməti dünənə nisbətən 0,5% azalaraq 53,60 dollar/barelə düşüb. Xatırladaq ki, neft hasilatının azaldılması ilə bağlı qərarın mayın 25-də Vyanada keçiriləcək 2 günlük iclasdan sonra açıqlanacağı gözlənilir. (report)

arxiv.bizimxeber.az



Şərh əlavə edin




Yuxarı Geri Ana səhifə